Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ hədəfində Xameneidi

ABŞ hədəfində Xameneidi


"Omanda ABŞ–İran danışıqları müsbət nəticə verməzsə, hərbi eskalasiya ehtimalı ciddi şəkildə artacaq".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Vaşinqtonda artıq əsas problem kimi İranın ali dini rəhbəri Əli Xamenei ön plana çıxarılır:

"ABŞ-ın vitse-prezidenti C. D. Vens son açıqlamasında İranla danışıqlarda struktur problemin mövcud olduğunu vurğuladı. Prezidentin real səlahiyyətlərə malik olmadığını və aparılan danışıqların yekun qərarının Ə. Xamenei tərəfindən qəbul edilmədiyini açıq şəkildə ifadə etdi. Bu yanaşma ABŞ-ın əsas ünvan kimi birbaşa ali dini rəhbərliyi hədəfə aldığını göstərir".

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ İranla real qərarverici mərkəzlə, yəni əsas səlahiyyət sahibi olan şəxslərlə birbaşa danışmaq niyyətindədir və bunu gizlətmir:

"İndiyə qədər ABŞ-la aparılan danışıqların pozulmasında Ə. Xamenei, Əli Laricani və Əli Şamxaninin həlledici rolu olub. Xüsusilə Ə. Şamxaninin yenidən təhlükəsizlik sisteminə cavabdeh vəzifəyə gətirilməsi sərt xətt tərəfdarlarının mövqelərinin möhkəmləndiyini göstərir. Bu isə prezident və onun komandasının manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır".

Anar
Xəbəri paylaş