Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dağıstan Omanla ilk əməkdaşlıq müqaviləsi imzalayacaq

Dağıstan Omanla ilk əməkdaşlıq müqaviləsi imzalayacaq


Dağıstan Respublikası hökuməti Oman hökuməti ilə ilk əməkdaşlıq müqaviləsini imzalayacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mahaçqaladakı ofisinin rəhbəri Marat Osmanov deyib. Bildirib ki, müqavilə bu il imzalanacaq.

"Saziş layihəsi artıq Rusiya tərəfindəki federal icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənib və biz sənədin bu il imzalanmasını gözləyirik", - Osmanov bildirib.

Onun sözlərinə görə, müqavilə ticarət-iqtisadi əlaqələrin inkişafını nəzərdə tutur. O, həmçinin qeyd edib ki, respublika 2026-cı ildə MDB ölkələri ilə beynəlxalq əməkdaşlığı gücləndirmək niyyətindədir.

Anar
Xəbəri paylaş