
Şimali Qafqaz Federal Universitetinin (ŞQFU) alimləri yeni antiparazitar dərman hazırlayırlar.
Newscenter.az TASS-a istinadən bildirir ki, onun ilk nümunəsini 3-5 il ərzində almağı planlaşdırırlar. Bu barədə ŞQFU-nun Kimya fakültəsinin Üzvi Kimya kafedrasının müdiri Nikolay Aksyonov bildirib.
Aksyonov bildirib ki, hazırda effektiv müalicəsi olmayan leyşmanioz və Çaqas xəstəliyi üçün hazırlanan antiparazitar dərmanlar sahəsində daha sürətli tətbiqə nail olmaq olar:
"Biz artıq bu birləşmələri insanlarda sınaqdan keçiririk və bunların perspektivləri daha yaxındır. Bəlkə də 3-5 il ərzində dünya miqyasında sürətlə yayılan bu xəstəliklərin ilk müalicəsini əldə edəcəyik".
O, həmçinin qeyd edib ki, dərmanların ilk partiyalarının bu xəstəliklərin ən çox yayıldığı İrana göndərilməsi nəzərdə tutulur.
Anar












































