Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və ərəb ölkələri İranla savaşda nə itirəcək?

ABŞ və ərəb ölkələri İranla savaşda nə itirəcək?


Müharibələrdə qələbə çalmağın kriteriyaları geniş anlayışdır. Tək həqiqət düşməni təslim aktına imza atmağa məcbur etdirməkdir, ya da onun ərazisini tam ələ keçirib, hakimiyyətinə son vermək. Bunun misalları çoxdur.

ABŞ-İran müharibəsinin qalibini necə müəyyən edək? Onlar özlərini zatən qalib elan ediblər artıq. Reallıq nə deyir?
Məsələ heç də ABŞ-ın İranın bütün ərazisini bombalaması, liderlərini öldürməsi və ya İranın ətraf ölkələrdəki ABŞ bazalarını, həmin ölkələrin ərazisini raket zərbələrinə məruz qoyaraq dağıntılar törətməsi və s. deyil. Məsələ bu zərbələrdən kimin dövlətinin zərərli çıxacağıdır.

ABŞ və ya ətraf ərəb ölkələri nə itirəcək? Bir az imic, əgər istəklərinə nail olmasalar, bir də asanlıqla bərpa edə biləcəkləri itkilər. İran nə itirəcək? Demək olar ki, hər şeyini. On illər vəsait xərcləyib topladığı hərbi gücünü, ona özlərinin iddia etdiyi qələbəni gətirən raket və dronlarını, proksi qruplarını, hərtərəfli sənayesini, enerji infrastrukturunu, liderlərini, dövlət əmlaklarını və ən nəhayət sabaha olan ümidini. Təbii ki, ideoloji olaraq yox, maddi olaraq. ABŞ və ərəblər bir ilə bütün itkilərini bərpa edəcəklər, bəlkə də tez. İrana isə on illər bəs etməyəcək hakimiyyət dəyişsə də, dəyişməsə də. Reallıq budur.

Azər Qasımov, ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi
Xəbəri paylaş