
Özbəkistan əhalisinin sayı 37 milyonu keçib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, 2025-ci il iyulun 1-nə Özbəkistanın daimi əhalisi 37,9 milyon nəfər olub.
Belə ki, rayonlar üzrə əhali sayı ən çox Səmərqənddə qeydə alınıb. Burada əhalinin sayı 4 milyon 335,7 min nəfər təşkil edib. Sonrakı yerləri 4 milyon 181 min nəfərlə Fərqanə və 3 milyon 600 min nəfərlə Qaşqadərya tutub.
Ən az əhali Sırdərya rayonunda qeydə alınıb. Burada əhali sayı 938,5 min nəfər olub.
Cavid İmaməliyev