
Türkiyədə zəncirvari qəza baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Bitlis şəhərində qeydə alınıb. Məlumata görə, Bitlisin Güroymak rayonunda filiz daşıyan yük maşınının əyləc sistemi xarab olduğu üçün işıqforda dayanmış 11 avtomobilə çırpılıb.
Yük maşınının vurduğu mikroavtobus, pikap və minik avtomobillərinə ziyan dəyib. Qəza barədə məlumat aldıqdan sonra hadisə yerinə yanğınsöndürənlər və polis göndərilib.
Qəza nəticəsində xəsarət alan olmasa da, bəzi avtomobillərdə qaz sızması aşkar edilib.
Mehman Mehdiyev