Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb

Bakıda evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb


Bakıda evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı S.Dadaşova müəyyən olunaraq saxlanıb. Araşdırmalarla onun noyabr ayının 1-dən 25-dək olan müddətdə xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə zərərçəkənin cibindən 1882 manat talamaqda şübhəli bilinən 25 yaşlı S.Salmanzadə də polis tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Cavid
Xəbəri paylaş