
Honq-Konqda yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı artıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. Bildirilib ki, baş verən yanğında həlak olanların sayı 65-ə çatıb.
Məlumata görə, yanıq xəsarətləri alan 70 nəfər isə xəstəxanaya yerləşdirilib. Bundan başqa 280 nəfər barədə isə heç bir məlumat əldə edilməyib və onların itkin düşdüyü ehtimal olunur.
Qeyd edək ki, ötən gün Honq-Konqda yaşayış massivində yanğın baş verib.
Süleyman











































