
Yevlaxda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsi məqsədilə sosial-hüquqi aksiya təşkil edilib.

Newscenter.az xəbər verir ki, aksiyada Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Milli Məclis Aparatının əməkdaşı Fərhad Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavinin Xaliq Əliyev və YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev iştirak edib.

Yeni Azərbaycan Partiyasının Yevlax şəhər təşkilatının inzibati binasında keçirilən aksiyada Yevlax şəhər Vəkil Bürosunun fərdi qaydada fəaliyyət göstərən vəkillərinin iştirakı ilə rayon sakinlərinə hüquqi yardım göstərilib. Vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, vətəndaşların müraciətləri dinlənilmiş, hər bir məsələyə fərdi yanaşılaraq aidiyyəti üzrə istiqamətləndirilib.
Süleyman











































