Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Qırğızıstanda AES tikəcək

Rusiya Qırğızıstanda AES tikəcək


Rusiya Qırğızıstanda kiçik atom elektrik stansiyasının tikintisi layihəsini həyata keçirməyə hazırdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib:

"Bizim planlarımız var. Ola bilsin ki, kiçik tutumlu atom elektrik stansiyaları tikək".

Kreml rəhbəri Qırğızıstana səfər zamanı keçirilən yüksəksəviyyəli görüşlərdə sözügedən məsələnin müzakirə edildiyini dooqqətə çatdırıb və bu istiqamətdə ölkəsinin kifayət qədər təcrübəsi olduğunu vurğulayıb:

"Sizə bir daha xatırladıram. Rusiya dünyada belə layihələri həyata keçirən yeganə ölkədir".

Cavid
Xəbəri paylaş