
"Ukrayna prezidenti Zelenskinin Azərbaycana səfəri iki dövlət arasında əlaqələrin daha da dərinləşməs baxımından böyük əhəmiyyət kəsb edir. Bakı Kiyev ilə bir çox sahələrdə, xüsusən də enerji, kənd təsərrüfatı, humanitar sahələrdə sıx əməkdaşlıq edir".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Azərbaycan Ukraynaya ən çox humanitar yardım edən ölkələrdəndir:
"Bu istər Kiyevə humanitar yardımların çatdırılması baxımından, istərsə də müharibədən əziyyət çəkən uşaqların reablitasiyası baxımından təzahür edir. Rusiyanın təyiqlərinə baxmayarq Azərbayca-Ukrayna xətti artan dimaika üzrə inkişaf edir. Prezidentlərin bu dəfəki görüşlərində də humanitar və iqtisadi məsələlər proritet oldu və 6 sənəd imzalandı. İmzalanan sənədlər içərsində "Azərbaycanla Ukrayna arasında Mülki və Ticarət İşləri üzrə Hüquqi Yardım haqqında Saziş"i, müdafiə sahəsində təcrübələrin bölüşdürülməsi, enerji sektorunun dayanıqlığı və s kimi razılaşmaların yer alması diqqət çəkəndir".
Əli Orucov qeyd edib ki, Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, müharibənin tezliklə bitməsinə töhvə verməsinə hazır olduğunu bildirib:
"Maraqlı məqamlardan biri də odur ki, Zelenski Ukrayna-Rusiya görüşünün Bakıda olması təklifi ilə çıxış edib. Belə bir təklif Azərbaycanın etibarlı məkana və siyasi dilaoq mərkəzinə çevrilməsindən doğan reallıqlardan qaynaqlandığı kimi qiymətləndirilməlidir. Moskva da buna prinsipcə razılığını ifadə etdi. Yürüdülən uğurlu xarici siyasət, beynəlxalq hüquqa və sülhə sadiqlik Azərbaycanı ən çətin görüş və dialoq üçün məkana çevirib".
Süleyman











































