Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY-nin qiymətləri ağlasığmazdır və heç bir məntiqə uyğun deyil

ADY-nin qiymətləri ağlasığmazdır və heç bir məntiqə uyğun deyil



Elə gözlənildiyi kimi oldu.
ADY-nin qiymətləri yenə ağlasığmazdır və heç bir məntiqə uyğun deyil.
Artıq bir dəfə ADY bu tip ağlasığmaz qiymət siyasətini Bakı - Balakən qatarında sınaqdan keçirib.
İndi də bu cür reallığa uyğun olmayan qiymətləri Bakı - Tbilisi üçün də tətbiq etməyi planlayır. Artıq açıqlama verilib.
O dərəcədə yüksəkdir ki, bəlkə hələlik kəşfiyyat aparırlar.
Belə ki, ADY ala yarımçıq , hiss olunur çox ehtiyatla, mətləbə heç bir dəxli olmayan 51 manatı önə çıxarmaqla, kupe və SV -nin qiymətini hələlik gizli saxlamaqla qiymət açıqlaması verib :
Bakı -Tbikisi qatarı üçün indiki qiymətlər :
Plaskart - 81 manat
Kupe - açıqlanmayıb, hələlik qapalıdır
SV - açıqlanmayıb, hələlik qapalıdır
2019-cu ilədək olan qiymətlər :
Plaskart - 24-26 manat,
Kupe - 35-40 manat,
SV (yataqlı) - 57-60 manat.
Düşünürəm ki, ADY bu məntiqilə, "Bakı -Balakən qatarı" prinsipilə yanaşacaqsa Bakı - Tbilisi üçün ağlasığmaz görünsə də , Kupe və SV qiymətləri belə ola biləcək :
ADY-nin hələlik gizli saxlanan qiymətləri :
Kupe - 120 manat
SV - 230 manat
Güman ki, bu qiymətlər çoxdan hazırdı, sadəcə ADY bəlkə də utanır onları açıqlamağa
Bir daha qeyd etmək istərdim ki , dəmir yolu infrastrukturunun dirçəldilməsi istiqamətində ADY -nin səyləri təqdirəlayiq olsa da qiymət siyasəti ağlasığmazdır.
Güman ki hökumətdən subsidiya ala bilmədiyindən həmin vəsaitləri əhalidən almağı hədəfləyiblər.
Görəsən hökumət nə deyəcək ADY-nin bu yanaşmasına ? İmkan veriləcəkmi?
Bilmirəm hökumət imkan verecəkmi belə ağlasığmaz qiymətlərə, amma görünən odur ki, hər hansı hesablamaya və reallığa uyğun olmayan, ağlabatan olmayan bir qiymət təklif olunub.

Osman Gündüz
Xəbəri paylaş