
"Bizə qatarla Boyuk-Kəsikdən 18 km aralıda yerləşən Gürcüstanın Qardabanin rayonuna 51 manata, Bakıdan Tiflisə 81 manata getməyi təklif edirlər. Sizə Hollandiyanın Belçika ilə sərhəddində yerləşən və başqa ölkələrə 17-22 avroya (35-45) manata aviabiletləri təqdim edirəm. Ermənistan sakinləri də fevral ayında Avropaya 25-40 avroya (50-80 manata) uca bilirdi. Gürcüstana da ucuz aviareyslər həyata keçirilir. Bakıya Gürcüstan vasitəsilə gedib gələnlər var".
Newscenter.az xəbər verir ki, bunları Ədalət Verdiyev Bakı-Tiflis sərnişijn qatarında müəyyən edilmiş qiymətlərə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, ucuz qiymətə uçuşlar həyata keçirə bilən şirkətləri ölkədə fəaliyyətinə lisenziya verməliyik:
"Nəzərə almalıyıq ki, xaricdə oxuyan tələbələr, diaspora nümayəndələri, xarici qonaqlar, turistlər bu qiymət fərqini daha tez görür".
Arzu












































