
Avropalı tərəfdaşlar Minsk və Vaşinqton arasında dialoqun yaxşılaşmasını bəyənmədikləri üçün Vladimir Zelenskini Belarusa qarşı aqressiv ritorika və şantaj etməyə sövq edirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki. bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Ukrayna ordusunun fikrini bilirəm. Onların əlavə cəbhəyə ehtiyacı yoxdur. Ona görə də sual yaranır. Niyə bizi şantaj edib Belarusdakı vəziyyəti gərginləşdirirsiniz? Birincisi, avropalılar bizi itələyirlər. Onlar görürlər ki, biz amerikalılarla müəyyən dialoq aparırıq. Bu, hamının xoşuna gəlmir" .
Lukaşenko əlavə edib ki, Minsk Kiyevdən gələn təxribatlara cavab vermir.
"Amma Zelenski bizim cavab verməyimizi istəyir", - deyə Lukaşenko əlavə edib.
Aygün












































