Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dunay gəmiçiliyi yaxın günlərdə dayandırılacaq

Dunay gəmiçiliyi yaxın günlərdə dayandırılacaq


Suyun səviyyəsinin aşağı olması səbəbindən Serbiyadakı Dunay çayında gəmiçilik bir neçə gün ərzində dayandırılacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. O bildirib ki, Pancevodakı neft emalı zavoduna xammal tədarükü də təhlükə altındadır.

"Suyun səviyyəsinin aşağı olması səbəbindən neft emalı zavodunda problemlərlə qarşılaşdıq. Böhran idarəetmə qrupunun iclası planlaşdırılıb və biz əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, neft emalı zavodunu bağlamaq məcburiyyətində qalmayacağıq. Bir-iki gün ərzində Dunay artıq gəmiçilik üçün yararlı olmayacaq. Bu gün gəmiçilik üçün yararlıdır, amma gəmilərin yükünü, daha dəqiq desək, yükü 50 faiz azaltmalıyıq", - deyə Vuçiç vurğulayıb.

Qeyd edək ki, sözügedən neft emalı zavodu Belqrad yaxınlığındakı Pancevoda yerləşən Serbiya Neft Sənayesi (NIS) şirkətidir. O, Tamiş çayı ilə Dunayın qovuşduğu yerdə yerləşir.

Süleyman
Xəbəri paylaş