
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 avqust 2026-ci il tarixindən ‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsini icra edir.
Newscenter-az xəbər verir ki, layihə şairin zəngin mənəvi irsini, vətəndaş mövqeini, ədəbi şəxsiyyətini və insan kimi böyüklüyünü gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Layihə çərçivəsində, eyni adlı ‘’Nə yaxşı ki, atam sənsən.... ‘’ adlı kitab və film təqdim olunacaq. Kitabda şair, jurnalist, yazıçı-publisisit Cavad Cavadlının keşməkeşli həyat yolu, zəngin yaradıcılığı və çoxşaxəli ictimai fəaliyyəti müxtəlif baxış bucaqlarından işıqlandırılır. Nəşrdə publisistik irsindən seçmələr, müasirlərinin, qələm dostlarının xatirələri, görkəmli alimlərin həsr etdikləri elmi təhlillər, doğmalarının ürək sözləri, eləcə də ömür yolunu əks etdirən fotosalnamə yer alacaqdır.

Layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın saytımıza məlumatına görə, 1-ci mərhədə əsas iş toplanan materiallarla avqust ayında nəşriyyatda davam edəcək. Bir ay ərzində toplanılan materiallarla birgə kitabın redaktoru da təyin ediləcək. Aşağıdakı fotoda layihə rəhbərinin ilk iş günündən foto təqdim edirik.











































