Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

15 günlük turist vizası ilə gəlib 26 il icazəsiz yaşadı

15 günlük turist vizası ilə gəlib 26 il icazəsiz yaşadı



Yaponiyanın Şizuoka prefekturasının Yaizu şəhərində yaşayan 72 yaşlı Cənubi Koreya vətəndaşı 26 ildən çox vizasını pozduğuna görə saxlanılıb.

Newscenter-az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Bildirilir ki, sözügedən şəxs Yaponiyaya
15 günlük turist vizası ilə girsə də, lakin 26 il bu ölkədə qeyri-qanuni olaraq yaşayıb.

Şizuoka Polis İdarəsinin açıqlamasında bildirilir ki, şübhəli iyun ayında alınan məlumatdan sonra başlanan istintaqdan sonra saxlanılıb.

Qeyd edək ki, sözügedən şəxs daha yüksək maaşlı iş tapmaq üçün 1993-cü ilin sentyabr ayında qardaşının pasportundan istifadə edərək Yaponiyaya 15 günlük turist vizası ilə daxil olub. Şübhəlinin 1993-cü ildən bəri ölkədə qanunsuz yaşadığı bildirilib.

Anar
Xəbəri paylaş