
Girne sahillərində sərnişin gəmisinin batması və nəticədə 8 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı sərnişinlərin iddiaları araşdırılacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Şimali Kipr Türk Respublikasının (ŞKTR) nəqliyyat naziri Erhan Arıklı deyib.
Arıklı, qapıların sərnişinlərin üzünə bağlı olması və kapitanın gəmidən qaçması ilə bağlı iddiaları ən incə detallarına qədər araşdıracaqlarını bildirib.
Arıklı gəminin kapitanı və 7 heyət üzvünün həbsdə olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, ŞKTR-dəki Girnə Limanı ilə Mersindəki Taşucu Limanı arasında marşrut üzrə hərəkət edən "Filo Jet" sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnədən yola düşdükdən qısa müddət sonra öndən suya batıb. Gəmi Girnə Limanına geri qayıtmağa yan alarkən aşıb.
Gəmidə olan 267 nəfərdən, o cümlədən 259 sərnişin və 8 heyət üzvündən 241-i xilas edildi, 8-i isə həyatını itirib. Qalan 18 nəfər üçün axtarış-xilasetmə işləri davam edir.
Süleyman











































