Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanı idarə edənlər Vardanyan kimi miflərlə yaşamamalıdırlar

Ermənistanı idarə edənlər Vardanyan kimi miflərlə yaşamamalıdırlar


Separatçı ermənilərin keçmiş "sponsor"u Ruben Vardanyanın Xankəndidəki iş otağından “Naxçıvan atlası” adlı belə bir qondarma "xəritə" tapılıb. Sözügedən "xəritə"də bütün tarixi gerçəkliklər həyasızcasına təhrif olunub və tarixi Azərbaycan torpağı, türk yurdu olan Naxçıvanın, guya, daim erməni "dövlət"lərinin və knyazlıqlarının tərkibində olduğu iddia edilib.

Bu fakt tarixi həqiqətləri saxtalaşdırmağa öyrəncəli olan ermənilərin Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvanı da ələ keçirmək planlarının mövcud olduğunu təsdiqləyir. Və şübhəsiz ki, bu cür "xəritə"lərin, "fakt"ların hamısı ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarının legitimləşdirilməsinə xidmət edir. Bu mənada R.Vardanyan kimi qatı erməni millətçisinin, ekstremistinin keçmiş iş otağından belə bir saxta, uydurma "xəritə"nin tapılması heç də təəccüblü deyil.

Əsas odur ki, bu cür yersiz iddialar, uydurma "xəritə"lər elə uydurma olaraq da qaldı. Düşmən belə mənfur niyyətlərini həyata keçirə, torpaqlarımızın işğalını əbədiləşdirə, üstəlik Naxçıvanı da ələ keçirmək planlarını gerçəkləşdirə bilmədi. 44 günlük müharibədəki böyük Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında öz müqəddəs missiyasını şərəflə davam etdirən Şanlı Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi lokal antiterror əməliyyatı xain ermənilərin "böyük ermənistan", "miatsum" kimi murdar planlarının üzərindən həmişəlik xətt çəkdi.

Bütün bunlar ermənilərə dərs olmalıdır. Ermənistan öz havadarlarının təhriki ilə sentyabrda növbəti münaqişəyə hazırlaşmaq niyyətindən əl çəkməlidir. Ermənistanı idarə edənlər Vardanyan kimi miflərlə yaşamamalıdırlar. Onlar realist davranmalı və sülh yolunu seçməlidirlər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş