"ABŞ-da, Demokratlar Partiyasının namizədi Kamala Harris ilə Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında ilk debat baş tutdu və demək olar ki, hər iki namizəd bərabərlik təəsüratı yaratdı. Debatın önəmli tərəfi həmçinin ondan ibarətdir ki, debat bütün dünyanın maraq mərkəzində idi və dünyanın sabitliyinin məhz bu ölkədən pozulması və yaxud da qarantiya altına alınması baxımından, debatın önəmini böyük hesab etmək olar".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O qeyd edib ki, ABŞ, növbəti dəfə öz prezidentini seçərkən, daha çox hansı namizədə etimad göstərmək üçün, namizədlərin seçicilər önündə toxunduqları bütün məsələləri nəzərə almaları ilə də, çox önəmli bir cəmiyyət olmalarını göstərə bilirlər:
"Bu da özlüyündə seçki mədəniyyətinin inkişafına və daha da təkmilləşdirilməsi istiqamətində təkan ola bilir. Əslində bu seçkilər dünya ölkələrini də iki hissəyə ayırıb və demokratiya institutlarının işləmədiyi ölkələrdə, Donald Trampın qalib gələcəyinə ümid edənlər və onun prezident postuna daha çox layiq bilirlər, demək olar".
Ekspert bildirib ki, seçki gününə 56 gün qalmasına rəğmən Kamala Harris reytinq cədvəlində Trampa çox yaxındır və bu da o deməkdir ki, bu gedişin sonu qələbə ilə nəticələnə bilər:
"Çünki, ilk günlərdə zəif və kövrək görünən demokratların namizədi artıq, özünü və mövqeyini daha yaxşı şəkildə ifadə etməyə çalışır və bu elə ilk debatda da hiss olundu. Sonuncu rəy sorğusu da göstərmişdir ki, seçicilərin 25 faizi demokratların namizədi Kamala Harrisi heç tanımır və Kamala Harrisin debat hazırlığı bu baxımdan yüksək hesab oluna bilər. Tramp və Bayden arasında keçirilən debata nisbət etdikdə isə, Trampın performansı aşağı enib və zəif təəsürat yaratdı, düşüncəsindəyəm".
Anar Əliyev