Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın zəifləməsi üçün ABŞ neft amilindən istifadə edir

Rusiyanın zəifləməsi üçün ABŞ neft amilindən istifadə edir


Rusiyanın zəifləməsi üçün ABŞ neft amilindən istifadə edir və bu da neftin qiymətində artım olmamasına çalışaraq həyata keçirilir.Bu amil,vaxtilə sovetlər ittifaqının çöküşünə səbəb olmuşdur və düşünürəm ki,indi də Rusiyanın çöküşü eynilə bu müstəvidə davam etdirilir. Bunu əsaslandırmaq üçün İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaya bilməməsini də arqument olaraq göstərmək olar.Çünki,İrana qarşı hər hansı bir hərbi əməliyyat,dünyada neftin qiymətinin kəskin şəkildə bahalaşmasına səbəb ola bilər və bu da Rusiyanın əlini gücləndirəcək,anlamına gəlir.Öncəki yazılarımda qeyd etdiyim kimi,ABŞ-da Prezident seçkisi sonrası dünyada geosiyasi və geoiqtisadi maraqların mübarizəsi artacaq.Hazırda ABŞ-da hakimiyyətin xarici siyasətlə bağlı problemləri mövcuddur.Bu səbəbdən neftin qiymətinin yüksəlməsi hakimiyyətin namizədini çətin vəziyyətə sala bilər.Dünyada,xüsusilə də yaşadığımız coğrafiyada, geosiyasi və geoiqtisadi maraqların toqquşması səbəbiylə, yenidən qütbləşmələrin formalaşmasına şahidlik edəcəyimizi düşünürəm.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş