Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayden hərbi xərcləri artırmaq istəyir

Bayden hərbi xərcləri artırmaq istəyir


Birləşmiş Ştatlar prezidenti Co Bayden hərbi xərclərin artırılmasını zəruri hesab edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri Sloveniyanın baş naziri Robert Qolob ilə Vaşinqtonda keçirdiyi görüşdə belə deyib.

Ağ Evin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, Prezident Bayden NATO-nun gələcək çağırışlara cavab vermək üçün kifayət qədər resurslara malik olmasını təmin etmək üçün müdafiə investisiyalarının artırılmasının vacibliyini vurğulayıb.

Bayden və Qolob arasında keçirilən görüşdə Ukraynadakı vəziyyət də müzakirə edilib və hər iki lider Ukraynaya sarsılmaz dəstəklərini təsdiq ediblər.

Həmçinin, Bayden və Qolob Qəzzadakı vəziyyəti də müzakirə ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş