Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev: "Qara xəbər bizi sarsıtdı"

Tokayev: "Qara xəbər bizi sarsıtdı"


"İranda başda prezident İbrahim Rəisi olmaqla hökumət rəsmilərinin qəzaya uğrayaraq həlak olması barədə qara xəbər bizi sarsıtdı".

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım-Jomart Tokayev İran səfərliyinə başsağlığı ziyarətinə gedərkən deyib.

Dövlət başçısı helikopterin qəzaya uğraması nəticəsində prezident İbrahim Rəisinin və hökumət nümayəndə heyətinin üzvlərinin vəfatı ilə əlaqədar İran xalqına başsağlığı və dəstəyini bildirib.

Prezident başsağlığı kitabında xatirə yazısı yazıb.

"İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və hökumət nümayəndə heyətinin üzvlərinin vaxtsız vəfatı ilə bağlı kədərli xəbər bizi sarsıtdı", - dövlət başçısı yazıb.

Tokayev qeyd edib ki, xalqının böyük oğlu İbrahim Rəisi vətənə sədaqətlə xidmət edən möhkəm şəxsiyyətdir.

"Biz onu hər zaman ağlabatan rəhbər, hörmətli siyasətçi, iki ölkənin əməkdaşlığının möhkəmlənməsinə böyük töhfələr vermiş şəxsiyyət kimi xatırlayacağıq. Qazax xalqı və şəxsən öz adımdan iranlı qardaşlarımıza başsağlığı verirəm".

Süleyman
Xəbəri paylaş