Newscenter.az.15.01.2019. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ISO 22000:2018 “Qida təhlükəsizliyi idarəetmə sistemi üzrə məlumatlandırma” mövzusunda təlim start götürüb. Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AQTİ-nin Sahibkarlarla əməkdaşlıq departamentinin müdiri Nübar Hüseynli təlimin əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb. Beynəlxalq dərəcəli təlimçi Elmar Cəmilovun rəhbərliyi ilə aparılan seminar 2 gün dəvam edəcək.
Təlimdə ISO 22000:2018 standartının ümumi izahı, yeni idarəetmə sisteminin tətbiqi və üstünlükləri, qida təhlükəsizliyində idarəetmə sisteminin verifikasiyası və təkmilləşdirilməsi, HACCP prinsipləri, qida allergenləri və onların idarə olunması, qida müəssisələri üçün infrastruktur tələbləri və s. kimi məsələlər bəhs olunub.
İnteraktiv üslübda keçirilən təlimdə iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Orxan