Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Forum QHT-lər arasında humanitar və mədəni həmrəyliyin dərinləşdirilməsinə töhvə verəcək

Forum QHT-lər arasında humanitar və mədəni həmrəyliyin dərinləşdirilməsinə töhvə verəcək



"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu təşkilat məkanında fəaliyyət göstərən qeyri-hökmət təşkilatlarını bir araya gətirərək onların qarşılıqlı əlaqəsini, məlumat və təcrübə mübadiləsini genişləndirəcək. Bu, regional səviyyədə daha koordinasiyalı və effektiv fəaliyyətə şərait yaradacaq".

Bunu Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, forum həm də ortaq problemlərə birgə yanaşmanı ortaya qoyur:

"Türk dövlətlərinin qarşılaşdığı oxşar sosial, iqtisadi, ekoloji və humanitar problemlərin müzakirə edilərək ortaq həll mexanizmlərinin hazırlanması forumun əsas faydalarındandır. Bu, QHT sektorunun regional siyasətə töhfə vermək imkanlarını artırır. Eyni zamanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi baxımından da forum əhəmiyyət kəsb edir".

Arzuman Muradlı qeyd edib ki, forum TDT ölkələrində vətəndaş cəmiyyəti qurumlarının inkişafına dəstək baxımından da təqdir olunmalıdır:

"Bu mühüm toplantı təşkilata üzv ölkələrin QHT-ləri arasında humanitar və mədəni həmrəyliyin dərinləşdirilməsinə də töhvə verəcək".

Cavid
Xəbəri paylaş