Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Slovakiyanın ölkəmizdəki səfirini qəbul edib

Sahibə Qafarova Slovakiyanın ölkəmizdəki səfirini qəbul edib


Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 24-də Slovakiya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov ilə görüşüb.
Spiker Sahibə Qafarova bu vəzifədə fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Newscenter.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin əlaqələrimizi keyfiyyətcə yeni mərhələyə qaldırdığı qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensivliyi müsbət qiymətləndirilərək, bu təmasların münasibətlərə töhfə verdiyi vurğulanıb.

Səfir Slovakiya Respublikası Milli Şurasının sədri Riçard Rasinin salamlarını Azərbaycan parlamentinin sədrinə çatdırıb. Diplomat həmçinin, 8 noyabr – Zəfər günü münasibətilə təbriklərini ifadə edib.

Görüşdə qanunvericilik orqanları arasında da əlaqələrin inkişafı qeyd olunaraq, bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Bu mənada, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin qanunvericilik orqanları arasında əlaqələrin daha da genişlənməsinə müsbət təsirləri vurğulanıb.

Söhbət zamanı, həmçinin parlamentlərimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanları nəzərdən keçirilib.

Süleyman
Xəbəri paylaş