Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyasının inteqrasiyası istiqamətində mühüm addım

Türk dünyasının inteqrasiyası istiqamətində mühüm addım


"Azərbaycan yenə tarix yazır. Türk dünyasının birlik və bərabərliyi, inteqrasiyası istiqamətində son vaxtlar irəli sürdüyü təşəbbüslərə daha biri əlavə olundu. Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin QHT-lərinin həmrəylik Forumu keçirildi. Belə bir forumun keçirilməsi bütün parametrlər üzrə faydalıdır, perspektivlidir".

Bu fikirləri Newscenter.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. İctimai birlik sədri deyib ki, sözügedən forum TDT-yə üzv ölkələrin QHT-lərinin əməkdaşlıq imkanlarını genişləndirəcək, yeni layihələrin reallaşması, türk dünyasının maraqlarına xidmət edən təşəbbüslərin meydana çıxmasına imkanlar açır:

"Bu forum həm də TDT-nin qarşısına qoyduğu hədəflərin, məqsədlərin vətəndaş cəmiyyəti institutları tərəfindən də həyata keçirilməsinə dəstək deməkdir".

Cavid
Xəbəri paylaş