Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyası tarixində yeni səhifə yazılır

Türk dünyası tarixində yeni səhifə yazılır



Türk dünyası ölkələri arasında regional əməkdaşlığın genişlənməsində mühüm rola malik olan Azərbaycan növbəti dəfə tarixi bir toplantıya ev sahibliyi edir. Bu gün Türk dünyası tarixində ilk dəfə olaraq Bakının möhtəşəm Gülüstan Sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçirilir. Türk dövlətlərindən olan yüzlərlə QHT təmsilçisinin iştirak etdiyi tədbirdə Türk dünyası üçün mühüm geostrateji əhəmiyyət kəsb mövzular ətrafında müzakirələr aparılır, ictimai müstəvidə hərtərəfli inteqrasiyanın dərinləşməsi və intensivləşməsi üçün müəyyən olunan perspekitvlərin əməkdaşlıq konturları cızılır. Bu tarixi və şərəfli hadisənin iştirakçısı olmaq həm sevindirici, həm də qürurvericidir.

Yaşasın Türk dünyası!
Yaşasın Turan birliyi!

Azər Allahverənov, Milli Məclisin deputatı
Xəbəri paylaş