
24 noyabr tarixi Türk Dövlətləri Təşkilatına üzv olan qeyri-hökumət təşkilatlarının həmrəylik və əməkdaşlıq günü kimi qeyd edilsin
Newscenter.az xəbər verir ki, belə bir təşəbbüslə "Ortaq Dəyərlər" ictimai birliyinin sədri Aqil Camal çıxış edib. İctimai birlik sədri son illər Türk Dövlətləri Təşkilatı səviyyəsində inteqrasiyanın sürətləndiyini bildirməklə yanaşı, ümumi problemlərin olduğunu da dilə gətirib. Bildirib ki, həmin problemlər sırasında Xəzərin ekoloji durumun pisləşməsi və onun suyunun azalması yer alır.
Aqil Camal hesab edir ki, QHT-lər də bu problemə ciddi diqqət ayırmalıdırlar.
Süleyman










































