Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saleh Məmmədovun oğlu ilə bağlı yayılan xəbərlər yalan çıxdı



Newscenter.az.27.06.2019. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu barədə bəzi media orqanlarında yayılan xəbərləri təkzib edib.

Newscenter.az-a Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatrda qeyd edilir ki, ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı Azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayaılıb. Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosiyalyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütamadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğıu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yayıblar.

Agentlikdən qeyd edilib ki. bu yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmayıb, Londondakı King’s College-də təhsil almayıb: “Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür. Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir”.
Anar
Xəbəri paylaş