Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türk Hava Yolları”dan yeni endirim kampaniyası



Newscenter.az.1.11.2019. “Türk Hava Yolları” ekonom sinif sərnişinləri üçün Ukrayna və Balkanlar istiqamətində endirim kampaniyasına start verir. Newscenter.az-a şirkətin Bakı ofisindən bildirilib ki, endirimli biletləri 1-15 noyabr tarixlərində əldə etmək mümkündür. Cari biletlərin səyahət müddəti isə 18 noyabr 2019-20 may 2020-ci il tarixlərini əhatə edəcək.

Kampaniya müddətində Balkanların Priştina, Buxarest, Konstanta və Kluj şəhərləri istiqamətində biletlərin qiymətləri 399 avro təşkil edəcək.
Ukrayna istiqamətində biletlərin qiymətləri şəhərlərə görə dəyişir.Belə ki, paytaxt Kiyevə səyahət etmək istəyənlər üçün qiymət 199 avrodur. Odessa və Xarkov istiqamətlərində biletin qiyməti 229 avro təşkil edir. Lvov üçün qiymət 249 avro, Xerson və Zaparojne üçün isə 279 avrodur.
Qeyd edək ki, endirimli qiymətlər gediş-dönüş üçün nəzərdə tutulub və vergilər göstərilən qiymətlərə daxildir.

Aydan
Xəbəri paylaş