Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcra hakimiyyəti başçısı sakinlərlə görüşlərə başladı



Newscenter.az.2.11.2019
. Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Yevlax şəhər icra hakimiyyətinin başçısı təyin edilən Anar Tağıyev sakinlərlə ilk görüşlərinə başlayıb.

Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, Anar Tağıyevin ilk görüşü Qoyunbinəsi kəndində baş tutub. Kənddə tikilməsi nəzərdə tutulan məktəb üçün ayrılmış ərazi ilə tanış olan İcra Hakimiyyətinin başçısı Anar Tağıyevə kənd sakinləri müəyyən problem və çatışmamazlıqlarını bildiriblər. Öz növbəsində icra hakimiyyətinin başçısı sakinlərin problemlərini dinləyib, həmin problemlərin həlli yolları haqqında tədbirlər görüləcəyini deyib.

İcra hakimiyyətinin başçısı tərəfindən bəzi məsələlərin həlli üçün yerindəcə tapşırıqlar verilib. Söhbətin sonunda kənd sakinləri ölkəmizdə gedən quruculuq, abadlıq, inkişaf, insanların sosial rifah halının günü-gündən yaxşılaşdırdığı üçün Prezident Cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Xosrov
Xəbəri paylaş