Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Əlillər Gününə həsr olunmuş satış sərgisi keçiriləcək



Newscenter.az.26.11.2019. 30 noyabr - 1 dekabr tarixlərində “Park Bulvar”da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fiziki imkanları məhdud şəxlərin əl işlərinin satış-sərgisi keçiriləcək.

Newscenter.az-a Agentlikdən bildirilib ki, 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin məqsədi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir.

Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş olunacaq.

Qeyd edək ki, KOBİA əlillər və sosial həssas qrupa aid insanlar arasında sahibkarlıq fəaliyyətini təşviq edir, onların hazırladığı əl işlərinin nümayiş olunmasına və satışına dəstək üçün müxtəlif sərgilərdə, həmçinin sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması üçün təlim və seminarlarda iştirakına dəstək göstərir.

Zaur
Xəbəri paylaş