Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA-nın sədr müavini Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin iclasında iştirak edib



Newscenter.az.27.11.2019.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rəşad Mafusov Tokioda keçirilən Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyası və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 10-cu birgə iclasında iştirak edib.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, iclasda ikitərəfli münasibətlər çərçivəsində kifayət qədər təcrübəyə malik olan Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdiyi diqqətə çatdırılıb. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin mövcud vəziyyəti, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye parkları və məhəllələrində Yaponiya şirkətlərinin iştirak imkanları müzakirə olunub. Kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil, ətraf mühit sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan məhsullarının Yaponiya bazarına ixrac edilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonra hər iki tərəfdən komissiyada təmsil olunan dövlət və özəl qurumların nümayəndələri təqdimatlarla çıxış ediblər.

Orxan
Xəbəri paylaş