Newscenter.az.27.11.2019. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasında çalışan həmyerlimiz Şəhrizad Süleyman özünün facebook profilində bu barədə məlumat verib.
O, bildirib ki, filmin təqdimat mərasimi Azərbaycan Respublikasının Dubay Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub:
"Cümhuriyyətin fəaliyyətini, qarşılaşdığı problemləri, süqutunun səbəblərini, eləcə də müstəqilliyimizin bərpasının ilk illərində mühüm tarixi məqamları əks etdirən ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb".
Qeyd edək ki, təqdimat mərasimində Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev, Dubaydakı Baş Konsul Cavidan Hüseynov, diplomatik korpusumuzun nümayəndələri, Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev, habele BƏƏ-də çalışan həmyerlilerimiz də iştirak ediblər.