Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili: Prezidentin çıxışı siyasətçi olmaq istəyənlər üçün master klas elementləriylə də zəngin idi"



Newscenter.az.27.11.2019. “Dünən Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyilə bağlı keçirilən tədbirdəkilərin böyük bir hissəsi gənclər idi. Prezident İlham Əliyevin oradakı çox səmimi və dəfələrlə alqışlarla qarşılanan çıxışı görünür o səbəbdən həm də tövsiyyə və nəsihət xarakteri daşıyırdı. Və deyərdim ki, həmən çıxış siyasətçilər, özəlliklə də siyasətçi olmaq istəyənlər üçün hətta master klas elementləriylə də zəngin idi”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, qeyd edib ki, AXCP-Müsavat cütlüyünün bəzi təmsilçiləri isə burada dövlət başçımızın onları növbəti dəfə sərt tənqidini özlərini önəmsəmək kimi yozurlar:

“Oysa onlar çoxdan tarixin arxivinə atılıblar və xaricdəki havadarları belə adları insan alverindən tutmuş kollaborasionizmə qədər ən yaramaz məsələlərdə hallanan bu dəstəyə ümidlərini üzüblər. Yeri gəlmişkən, cənab İlham Əliyev öz çıxışında bunu həm də operativ məlumat kimi təqdim etdi. Bu isə o deməkdir ki, onlar üçün artıq hər şey bitib və AXCP-Müsavat cütlüyü kimi haqlı olaraq rəhbərlik dönəmləri tənqid edilən Vəzirovla Mütəllibovun hazırda hakimiyyətə gəlmək şansları nə qədərdirsə, İsa Qəmbərlə Əli Kərimlininki də ətraflarındakılarla birgə o qədərdir. Yəni onları tənqid önəmsəndikləri, əhəmiyyət verildikləri üçün deyil. Tarixdəki faciələr, yaramazlıqlar o zaman təkrarlanır ki, unudulurlar və onlardan dərs çıxarılmır”.

Millət vəkili qeyd edib ki, AXCP-Müsavat cütlüyününün hakimiyyət(sizlik)də olduqları dönəmin dəfələrlə xatırladılmasında və tənqidlində də məqsəd o dəhşətli, alçaldıcı və faciəli olaylarla dolu günləri bir daha yaşamamız üçündür:

“Onun üçündür ki, gənclərimiz AXCP-Müsavat cütlüyününün səriştəsiz və rüsvayçı idarəçiliklərini xatırlayaraq savada, biliyə önəm versinlər, bacardıqları işin qulpundan yapışsınlar, siyasətçi olmaq istədikləri halda dəstəyi xaricdə deyil öz xalqının içərisində axtarsınlar və cənab Prezidentin də vurğuladığı kimi anlasınlar ki, bizi bizim qədər heç kim nə sevə bilər, nə uğur qazanmamızı istəyər”.


Xosrov
Xəbəri paylaş