Newscenter.az.27.11.2019. Miqrasiya Könüllüləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəvəti ilə Pirşağı stansiyasında olublar.
Newscenter.az-a Xidmətdən bildirilib ki, QSC-nin mətbuat katibliyi şöbəsinin əməkdaşları Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttində yerləşən stansiya barədə ətraflı məlumat veriblər.
Könüllülər, həmçinin qatarların idarə edilməsi ilə bağlı iş prosesini tənzimləyən qurğuya, velosiped və avtomobillər üçün salınan parklanma yerlərinə baxıblar, stansiyanın yenidən qurulan binası ilə tanış olublar.
Sonda Miqrasiya Könüllülərinə xatirə hədiyyələri təqdim olunub.
Xosrov