Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” işçiləri 5 min ağac əkib



Newscenter.az.6.12.2019. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda keçirilən “Bir gündə 650 min ağac əkək” kompaniyasına SOCAR-ın digər təşkilatları ilə yanaşı, “Azəriqaz” İstehsalat Birliyi də qoşulub.

Newscenter.az-a İstehsalat Birliyindən verilən məlumata görə, aksiya çərçivəsində 15 növdən ibarət 5 min ağac tingi, dekorativ kol və güllər əkilib. Onlardan 2 mini Bakı və Abşeron yarımadasında, 3 mini isə regionlarda əkilib. “Azəriqaz” İB-nin Bakı və Abşeron yarımadasında yerləşən, həmçinin respublika üzrə bütün regional struktur bölmələri məmnuniyyətlə bu tədbirdə iştirak ediblər.

Zaur
Xəbəri paylaş