Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 751 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur

[center][/center

Newscenter.az.8.04.2020.
Hazırda koronavirus infeksiyasına yoluxmuş 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bundan başqa, hazırda ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 3 000 nəfərdən artıq vətəndaşın müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda Azərbaycanda 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Xəbəri paylaş