Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi qulluqçulara pul əvəzinə ərzaq verilir



Newscenter.az.20.04.2020. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun şəxsi heyəti və onların ailə üzvlərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, o cümlədən ərzaq təminatının gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun ərzaq təminatı Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq normalar üzrə həyata keçirilir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və digər kontingentə ərzaq payı dövlət hesabına verilir. Hərbi hissələrdə şəxsi heyətin keyfiyyətli qidalanması, bişirilən yeməklərin çeşidinin artırılması ilə yanaşı xüsusilə milli yeməklərin hazırlanmasına üstünlük verilir.

Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə atılan növbəti addımlardan biri də Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara pul əvəzinə ərzaq məhsullarının verilməsidir.

Ərzaq payı səbətinə müxtəlif çeşiddə və yüksək kaloridə qida məhsulları daxildir. Buraya mal əti, toyuq əti, ət və balıq konservləri, müxtəlif növ okean və dəniz balıqları, birinci növ buğda unu, müxtəlif yarmalar (qarabaşaq, düyü, bulqur), makaron, kərə və bitki yağı, təbii və qatılaşdırılmış süd, pendir, yumurta, kartof, soğan, şəkər tozu, cem, xörək duzu, çay, istiot, hazır xardal, quru göyərti, təbii meyvələr və meyvə quruları (ərik, kişmiş), sirkə, tomat pastası, eləcə də vitaminlər daxildir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasında ərzaq məsullarının müayinəsi aparılır, ərzağın tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir.
Xəbəri paylaş