Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mnasakanyan özünü "müharibə qırğısı" kimi yox, həqiqətən də sülhsevər diplomat kimi aparsın



Newscenter.az.4.05.2020. Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasında çıxışı zamanı düşmən ölkənin Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın qarşılıqlı güzəştlərdən dəm vurması və "Biz Qarabağ məsələsinin mərhələli həllinə razıyıq, ancaq Ermənistan Qarabağla bağlı birtərəfli güzəştə getməyəcək. Biz həmişə demişik ki, problemin həlli qarşılıqlı güzəştə əsaslanır. Heç kim Ermənistandan bizim milli təhlükəsizliyimizə zərər vuracaq güzəştləri ehtiva edən hansısa addım gözləyə bilməz. Mərhələli həll yalnız bütün tərəflərin eyni miqyaslı kompromisə gedəcəyi təqdirdə mümkün ola bilər" deməsi tamamilə absurddur. Biz Qarabağ münaqişəsinin həllinə dair sülh danışıqları prosesində daha hansı güzəştlərə getməliyik ki? Bizim güzəştlər limitimiz artıq çoxdan tükənib. Biz maksimum güzəştlərə getmişik. Ən böyük güzəştimiz isə budur ki, biz 30 ilə yaxındır ki, bu münaqişəni sülh yoluyla həll etməyə çalışırıq, müharibə variantına əl atmırıq.

Bizim bundan artıq hər hansı bir güzəştə getməyimiz mümkünsüzdür. Odur ki, Ermənistanın baş diplomatı "Mərhələli həll üçün ilk növbədə status məsələsi həll edilməlidir" kimi cəfəng iddiaları ortaya atıb danışıqlar prosesini məqsədli şəkildə "dalan"a dirəməyə cəhd göstərməsin. Əks halda, Mnasakanyanın qorxulu röyası həqiqətən də baş tutacaq. Yəni ki, 2016-cı ilin apreli təkrarlana bilər. Əgər Mnasakanyan təmsil etdiyi erməni xalqının ikinci dəfə Aprel döyüşləri travması ilə üz-üzə qalmasını istəmirsə, o zaman özünü "müharibə qırğısı" kimi yox, həqiqətən də sülhsevər diplomat kimi aparsın.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş