Newscenter.az.4.05.2020. Bu ilin aprel ayında paytaxtda taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyinə 3 312 nəfər müraciət edib.
Bu barədə qurumun İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib.
"Onlardan 2 911 nəfərə fərqlənmə nişanı verilib, 306 nəfərə isə verilməyib", - o qeyd edib.