Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin yeni şöbə müdirinin 92 minlik lüks “Porsche”si: “Eyni avtomobil Azərbaycanda yoxdur” –FOTOLAR

Milli Məclisin yeni şöbə müdirinin 92 minlik lüks “Porsche”si: “Eyni avtomobil Azərbaycanda yoxdur” –FOTOLAR


Newscenter.az.12.05.2020. Milli Məclisin Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri İlkin Məmmədov öz lüks avtomobilini satıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşır Həsənli məlumat yayıb.

Xəbərə görə İlkin Məmmədov “Porsche” markalı avtomobilini 54 min dollara (92 min manat) Turbo.az saytında satışa çıxarıb. Həmin elanı İlkin Məmmədov öz feysbuk səhifəsində də paylaşıb.

39 yaşlı İlkin Məmmədov elan yerləşdirərkən belə bir qeyd də yazıb: “…Bu komplektasiyada eyni avtomobil Azərbaycanda yoxdur!”.

Reklamın artıq aktiv olmaması onu göstərir ki, İlkin Məmmədov artıq avtomobilinə müştəri tapa bilib.

Xatırladaq ki, İlkin Məmmədov Milli Məclisdə Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri vəzifəsinə mayın əvvəlində təyin edilib.
Xəbəri paylaş