Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Milli Şura"nın məlum müzakirəsi siyasi iflasın təntənəsidir

"Milli Şura"nın məlum müzakirəsi siyasi iflasın təntənəsidir


Newscenter.az.16.05.2020. "Milli Şura" Koordinasiya Mərkəzindəki məlum onlayn müzakirədə baş verən olaylar, səslənən fikirlər bu qurumun demokratiyadan, plüralizmdən nə qədər uzaq olduğunu bir daha gözlər önünə sərdi. Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri "demokrat" qiyafəsinə bürünmüş antidemokratik siyasətçi tipinə malik olduqlarını ortaya qoydular.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, deyib ki, daim hazırki iqtidarı insan haqlarını pozmaqda ittiham edən bu şəxslər özləri insan haqlarına tüpürdülər:

"Əvvəlcə cinsi azlıqları təhqir edənlər sonra da onlardan üzr istədilər. Amma maraqlıdır ki, nədənsə, yalnız cinsi azlıqlardan üzr istədilər. Təhqir etdikləri digər şəxslərdən, siyasi qüvvələrdən, xüsusən də Müsavat Partiyasının liderlərindən üzr istəmək isə heç yadlarına da düşmədi. İndi Eldəniz Quliyevin bu dırnaqarası "Milli Şura"nı tərk etməsini də başa düşmək və anlayışla qarşılamaq olar. Çünki özünə azca da olsa hörmət edən istənilən bir şəxs etik qaydaların gözlənilmədiyi, siyasi əxlaqın mövcud olmadığı, "ikili standart"ların baş alıb getdiyi belə bir qurumun sıralarında heç bircə gün də qalmaz. "Milli Şura"nın həmin müzakirəsi siyasi iflasın təntənəsidir. Bu qurumun lidercikləri xalqın qarşısına çıxıb üzr istəməli və siyasi müflisliklərini bəyan etməlidirlər".

b]Anar[/b]
Xəbəri paylaş