Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan qanunsuz yolla dərman pereparatlarının gətirilməsinin qarşısı alınıb



Newscenter.az.20.05.2020. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı qoşqunun altındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 35 qutu dərman preparatları və 60 qutu tibbi ləvazimatlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş