Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda Aprel şəhidlərinin xatirəsi yad edilib-FOTOLAR



Newscenter.az.4.04.2021. Sumqayıt şəhər Şəhidlər Xiyabanında 2016-cı ilin aprel döyüşlərində erməni işğalçı ordusuna qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

Newscenter.az xəbər verir ki, mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin hərbçi yoldaşları və yaxınları iştirak ediblər.

Şəhidlərin məzarları ziyarət olunaraq üstünə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Anar
Xəbəri paylaş