Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rüşvətxorluq və korrupsiya iqtisadi inkişafı ləngidir



Newscenter.az.26.01.2022. Əsrlər ötür, korrupsiya və rüşvətxorluq cəmiyyətdə sağalmaz xəstəlik kimi acı nəticələrini göstərməkdədir.

Dünya sivilizasiyasının yaranmasından da qədim olan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bu günədək davam etməkdədir. Qanunun aliliyi prinsipini zəiflədən tamahkar məmurların əməlləri siyasi quruluşundan və iqtisadi inkişaf səviyyəsindən və dövründən asılı olmayaraq, bütün ölkələr üçün xasdır. Heç bir dövlət özünü rüşvət və korrupsiya bəlasından sığortalanmış hesab edə bilməz, söhbət yalnız onun miqyasından gedə bilər. Yuli Sezarın vəfatından sonra Senata məmurlar tanışlıq və rüşvət vasitəsilə işə qəbul edilirdilər. Buna baxmayaraq Roma senatı dəfələrlə rüşvət və korrupsiya ilə bağlı qanunlar qəbul edib. Artıq o dövrdə bu sosial bəlanın məhvedici təsiri bəlli idi. Hətta Rusiya çarı I Pyotr korrupsiyanın qarşısını almaqda çox çətinlik çəkmişdi.

Bununla bağlı ölümə məhkum olunan məmurların sayı-hesabı yox idi. Xalqın gözü qarşısında edamlar da yüksək vəzifəli məmurları çirkin əməllərdən çəkindirə bilmirdi. Məmur özbaşınalığı o həddə çatmışdı ki, hətta imperatriçə üçün Çindən alınmış brilyantları Sibirin general-qubernatoru olan knyaz Qaqarin mənimsəmişdi. O buna görə də tutulmuş və I Pyotrun əmri ilə asılmışdı. Bəzən ən sərt tədbirlər belə korrupsiyanın, rüşvətxorluğun qarşısını ala bilməyib. Osmanlı dövründə, xüsusilə XVI əsrin sonlarına qədər məmur rüşvətxorluğuna qarşı sərt siyasət həyata keçirilib. Təsadüfi deyil ki, bir çox mütəxəssislər Osmanlı imperiyasının zəifləməsini XVII əsrdən başlayaraq rüşvətxorluğun geniş vüsət alması ilə əlaqələndirir. Əsrlər ötür, korrupsiya və rüşvətxorluq cəmiyyətdə sağalmaz xəstəlik kimi acı nəticələrini göstərməkdədir. Rüşvətxorluq və korrupsiya iqtisadi inkişafı ləngidir, demokratik institutları və ictimai asayişi pozur və ictimaiyyətin qanunlara inamını sarsıdır.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş