Newscenter.az.25.03.2022. 1991-ci ilə kimi dünya iki qütblü sistem(Sovetlər Birliyi və Birləşmiş Ştatlar arasında)şəklində davam elədi. 46 il davam edən soyuq müharibənin özü də bir dünya müharibəsi idi.
Sovetlərin parçalanması ilə Amerika təkqütblüyü əlinə almağı bacardısa da, bunu əlində saxlamağı bacara bilmədi. Artıq dünya çoxqütblülüyə keçid etdi. Çin, Türkiyə bu qütblülükdə mühüm yer tutur. Dövlətlər əvvəl-axır yenidən təkqütblülük üçün müharibə aparacaq. Bu müharibədə Rusiyanın qarşısında güclü bir koalisiya var. Rusiyanın nüvəyə malik olması onun yenidən hegemonluq etməyə döndərə bilməyəcək. Axı bu silah tək Rusiyanın əlində cəmlənməyib ki!
Amerika hələlik güc sahibidir, ancaq bunu daim sabit saxlaya bilməyəcək. NATO-nun daxilində sabitlik hökm sürmür. Maraqları toqquşan çox qüvvə var. Misal üçün Yunanıstan və Türkiyə. Amerika əvvəllər Yunanıstanı kommunizmdən qorumaq üçün yardım edirdisə, indi bu dövləti Türkiyə gücünün qarşısına bir sədd olaraq görür. Britaniyanın ada dövləti olması ona həm sərf edir, həm də ziyanına olur. Müdafiə cəhətdən böyük avantajlıdır. Hitlerin burada məğlubiyyətə düçar olması da buna sübutdur. Çoxqütblü dünya sistemində deyə bilərəm ki, ilk sıralarda dayanan İsraildir. İsraili belə güc sahibi edən onun MOSSAD'ıdır.
İran da bu sistemdə mühüm rol oynayır. İranın ayaqda qalmasının əsas səbəblərindən biri həm strateji mövqeyi, həm enerji qaynaqları, həm də maraqlarə öz üzərinə cəlb etsidir. O qədər sanksiyalar rəğmən hələ də ayaqdadır sa, İranı küçümsəməmək lazımdır.
Avropanın böyük problemlərindən biri enerji məsələsidir. İllərdir bu sferada Rusiyadan asılı vəziyyətdədir. Avropa enerji probleminə görə Rusiya ilə çox ehtiyatlı davranır, hətta tutduğu çox illeqal işlərinə göz yumurdu. Bu dəfə göz yummadığına görə, yəqin yeni alternativlər tapıb, ya da ki, Amerikanın vədlərinə inanıb. Avropanın Rusiya ernerjisinə alternativini, ancaq Orta Şərq ödəyə bilər.
Elman Vəliyev-politoloq