Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niyə Zəfər Qurultayı adlanan bu mötəbər tədbir zəfərdə payı olanlardan yan keçildi?

Niyə Zəfər Qurultayı adlanan bu mötəbər tədbir zəfərdə payı olanlardan yan keçildi?


Dünya Azərbaycanlıları Qurultayı adlı növbəti toplantı Şuşada baş tutsa da bir çox dünya ölkələrində fəal olan ictimai liderlər, illərdir bu proseslərdə fəal olanlar, haqqı olanlar növbəti dəfə prosesdən kənarda saxlanıldılar. Dünya Azərbaycanlıları və xüsusən Şuşa, Qarabağ adı hər bir azərbaycanlı üçün müqəddəsdir.

44 günlük savaş zamanı siyasi mənsubiyyət, irqi, dini , etnik fərq olmadan bütün dünya azərbaycanlarıları öz dövlətinin arxasında durdular. Buna görə hər kəsi, bütün dünya azərbaycanlılarını təbrik edirəm,zəhmət çəkən hərnkəsin qarşısında baş əyirəm! Bu təkcə indi belə olmamamışdı.90-cı illərdə də müharibə zamanı soydaşlarımız öz zəhmətlərini əsirgəməmişdilər. Sevindirici haldır ki,90-cı illərdən fərqli olaraq biz bu dəfə qələbə qazandıq, soydaşlarımızın mübarizəsi nəticəsiz qalmadı. Əlbətdə bu hamımızı sevindirdirdi, qürurlandırdı. Ancaq bu qələbə ilə mübarizəmiz hələ bitməyib, işlərimizi daha da gücləndirməliyik.

Diaspora Komitəsi təşkilatçılığı ilə baş tutan Dünya Azərbaycanlıları Qurultayı əslində baxılanda özlüyündə yaxşı ideyadır. Ancaq Komitənin Qurultay keçirmək səlahiyyəti varmı? Qurultay nədir ? Dövlət qurumunun qurultay təşkil etmək səlahiyyəti varmı?

Qurultay ictimai təşkilatın, siyasi partiyanın və ya sosial, həmkarlar, milli və ya digər qrupun nümayəndələrinin ali, səlahiyyətli toplantısıdır.
Qurultay nümayəndələri ilk, ərazi təşkilatlarında seçilir və qrup üzrə ali səlahiyyətə malik olurlar.

Dünya Azərbaycanlıları Qurultayında iştirak üçün bütün yerli təşkilatlar konfrans keçirməli qurultaya nümayəndələr seçməli idilər. Qurultaya dəvət isə ümumiyyətlə olmur. Göründüyü kimi qurultay seçkili orqandır bu qurultayda isə sadəcə məsələlər müzakirə olunur, təkliflər irəli sürülür. Diaspora Komitəsi tətəfindən təşkil olunam heç bir Dünya Azərbaycanıları Qurultayılarında bugünə qədər xüsusi qərar qəbul olunmayıb. Qurultayda isə məsələlər müzakirə olunur , seçkili qurumlara seçkilər keçirilir , qərarlar səs çoxluğu ilə qəbul olunur.

Qurultay keçirmə səlahiyyəti ictimai qurumlarda ola bilər. Məsələn Dünya Azərbaycanlıları Konqresi, Dünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Assambleyası. Yalnız bu kimi ictimai qurumlar qurultay keçirə bilər və Dövlət Diaspora Komitəsini bu toplantıya dəvət edə bilərlər.

Artıq ənənə halını almış qurultaylara son verib,real işlər görülməlidir. Yüklü maliyyə tələb edən bu tədbirlərin əvəzində dünyanın bir sıra ölkələrində diaspora və lobbiçilik işləri görülə bilərdi. Bu daha effektiv olar və ya ola bilərdi. Nəinki ad, iş görmə görüntüsü və şan şöhrət naminə böyük məbləğlərdə toplantılara pul xərcləmək əvəzinə..

Şuşa Qurultayı və ya Zəfər Qurultayı effektiv oldumu? Bəli oldu. Ali Baş Komandan cəmiyyətə, dünyaya önəmli mesajlar verdi, xaricdəki təşkilatlarımız üçün motivasiya olacaq fikirlər səsləndirdi.

Bəs dünya azərbaycanlılarının həmrəyliyi, birliyi naminə, gələcək diaspora və lobbi fəaliyyətlərimiz üçün effektiv oldumu? Bu başdan deyirəm, bu qurultay o tədbirə gedənlərin yallı getməsindən başqa heç nəyi ilə yadda qalmayacaq. Vətən həsrəti çəkən soydaşlarımız üçün əlamətdar və yaddaqalan oldu. Xaricdə yaşayan azərbaycanlıları üçün həmrəylik mesajı verə bildimi? Xeyr. Əksinə bir çox fəallar, ictimai liderlərimiz, illərdir könüllü xidmət göstərən insanlarımız proseslərdən kənarda qaldı, incidildi, birliyimizə daha bir zərbə vuruldu.
Bu qurultayda Rusiyadakı təşkilatlarımızın problemlərinin həlli ilə bağlı hər hansı qərar qəbul olundumu?

Avropada, Amerikada, Mərkəzi Asiyada , Ərəb ölkələrində fəaliyyət göstərən təşkilatlarımızın fəaliyyətinin gücləndirilməsi üçün hansı tədbirlər ələ alındı?

Xaricdə yaşayan iş adamlarımız, fəaliyyət göstərən təşkilatlarımızın Qarabağın bərpasında hansısa xüsusi rolu müəyyənləşdimi?
Bəs niyə Zəfər Qurultayı adlanan bu mötəbər tədbir zəfərdə payı olanlardan yan keçildi? Niyə bu qədər böyük mötəbər tədbir konfedensial təşkil olundu? Niyə cəmiyyət , toplum bu məsələlərdən xəbərsiz saxlanıldı? Niyə? Niyə? Niyələr çoxdu. Hələlik isə bu niyələrin cavabı yoxdur. Diaspora Komitəsinin izahını və ya açıqlamasını gözləyək.

Fuad Muradov komandası köhnələrdən nə ilə fərqləndi? Hələlik yenilik etməsi ilə yadda qalmadı. Bu komanda da özlərinə yaxın bildiklərinə medal, döş nişanı payladı, qurultaya dəvət etdilər. Yenə ayrı seçkilik açıq hiss olundu.

Açığı desəm xaricdə azərbaycanlılarda da günah böyükdür, müstəqil güc birliyi yarada bilmirik təəssüff ki... Biz birləşib öz göbəyimizi özümüz kəssək bizimlə də bucür davranılmaz!

Bir xüsusi qeydim də var. Diaspora təşkilatlarının bu tip tədbirlərə, mitinqlərdə, konfranslarda iştirakının maliyyələşdirilməsi kimi biyabırçılıqlara son verilməlidir. Yəni dünya ölkələrinə səpələnmiş soydaşlarımız ,özü də maddi və sosial imkanları yaxşı olan soydaşlarımız öz ölkələrinə gəlmələri üçün bir bilet ala bilmirlərmi?

Rəşad Quliyev-Dünya Azərbaycanlıları Assambleyasının sədri
Xəbəri paylaş