Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Türkiyədə mövcud iqtidarın hakimiyyətdən getməsi üçün bütün imkanlardan istifadə edir

Qərb Türkiyədə mövcud iqtidarın hakimiyyətdən getməsi üçün bütün imkanlardan istifadə edir


"Türkiyədə 14 May 2023-cü ildə keçriləcək prezident və parlament seçkilərində 2-ci namizəd də məlum oldu. Türkiyənin hazırkı prezidenti və AKP-nin başqanı , eləcə də "Cumhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğanın rəqibi Cümhuriyyət Xalq Partiyasının sədri və "Millət İttifaqı"nın(altılı və ya beşli masanın) namizədi Kamal Kılıncdaroğlu olacaq. Meral Akşener məsələdi isə hələki tam olaraq dəqiq bilinmir. Gözləntilər ondan ibarətdir ki, seçkilərdə digər bir namizədin olacağı da qətiləşmək üzrədir. Bu isə Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncədir. Nəhayət, digər bir namizədin olacağı ehtimalı da artmaqdadır. Bu isə Sinan Oğandır. Sinan Oğan millət vəkili olaraq fəaliyyət göstərdiyi dönəmlərdə daha aktiv siyasətə qatılsa da, son zamanlar o dərəcədə mediadan uzaqlaşdığı hiss edilməkdədir. Sinan Oğan Türk Millətçilərinin müstəqil prezidentliyə namizədi kimi seçkiyə getdiyini elan edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov səsləndirib. Onun sözlərinə görə, görünən odur ki, səslərin parçalanması artacaq:

"Əgər Meral Akşener "altılı masa"ya geri dönəcəksə də, artıq şansların böyük hissəsi itirilib kimi görünməyə başlanıb. Eyni zamanda, Kamal Kılıncdaroğlunun kimiliyi də son zamanlar cəmiyyət və mediada sorğulanmaqdadır. Kılıncdaroğlunun atasının kürd, anasının erməni olması ilə bağlı yayılan məlumatların mediada və cəmiyyətdə manşet edilməsi işin bir başqa istiqamətini göstərmiş olur. Yəni görünən odur ki, "Türk Dərin Dövlət'i üçün bu seçkidə prioritet namizəd Ərdoğandır"..

Politoloq qeyd edib ki, hər vəziyyətdə Türkiyədə gərgin seçkinin olacağı açıq şəkildə görünməkdədir:

"Mövcud iqtidar son 20 ildə Türkiyənin həm daxili, həm də xarici siyasətini demək olar ki, yenidən formalaşdırdı. Türkiyə daxilində terrorun, xüsusilə də PKK terrorunun minumuma endirilməsi, regiona yeni açılım siyasətinin gətirilməsi, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkan Yarımadası, Yaxın Şərq və Şimali Afrikada, Şərqi Aralıq Dənizində möhkəmlənmə, Türk Dövlətlər Təşkilatını qurması, Türkiyənin özünəməxsus müdafiə sənayesini qurması və inkişaf etdirməsi və digər məsələlər Qərb dövlətləri, xüsusilə də ABŞ ilə müzakirə ediləmədən atılan addımlar olduğu üçün Ərdoğan hökuməti onlar üçün arzuolunmaz kimi qəbul edilməyə başlanıldı. Ona görə ki, Qərb dövlətləri mövcud iqtidarın hakimiyyətdən getməsi üçün bütün mümkün imkanlardan istifadə etməyə çalışır. Mövcud hökumətdən fərqli olaraq Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi blok Türkiyənin daxilində və xaricindəki mövcud mövqeyini dəyişməyə çalışır görüntüsü də verməkdədir. Yəni belə məqamda demək olar ki, Türkiyədə iqtidar dəyişərsə, siyasət də dəyişər anlayışı ortaya çıxa bilər. Əlbəttə ki, bu seçki həm də "Türk Dərin Dövlət"i ilə Qərb dövlətləri arasında gedəcək ciddi rəqabəti də göstərmiş olacaq".

Samir Hümbətov hesab edir ki, Məhərrəm İncənin 2018-ci ildə "Millət İttifaqı"nın və CHP-nin vahid namizədi olmasına baxmayaraq 2 il öncə CHP-dən ayrılaraq Məmləkət Partiyasını qurması bu seçkilərə də qatılmaq qərarı verməsi CHP-nin səslərini ciddi şəkildə parçalaya bilər:

"Ona görə ki, Məhərrəm İncə Kamal Kılıncdaroğlundan və digər "altılı masa" nümayəndələrindən daha xarizmatik siyasətçidir və demək olar ki, CHP tərəfdarlarının ona ciddi simpatiyası var. Bu da səslərin parçalanması deməkdir.
6-7 Fevral 2023-cü ildə Türkiyənin on vilayətində baş vermiş dəhşətli fəlakətə səbəb olmuş zəlzələ nəticə etibarı ilə seçkiyə təsir edəcək amillər kimi dəyərləndirilməyə çalışılsa da, onun o qədər də ciddi təsir edəcəyini düşünmək doğru olmaz güman ki. Çünki baş vermiş zəlzələ təbii fəlakətdir və bir yox, bir neçə bölgəni əhatə edib. Ona görə də belə məqamda istənilən iqtidar belə təbii hallara görə günahkar görülə bilməz.

Nəhayət, Türkiyədə mövcud hökumət daha çox islamçı və millətçi ideologiya üzərinə qurulub. Yəni hökumət həm dindar, həm də millətçi kəsimdən dəstək almağı bacarır. Bu isə o deməkdir ki, mövcud hökumət cəmiyyətin böyük hissəsinə nüfuz etməyi bacarır. Əlbəttə srçkilərdə böyük möcüzələr gözləməyə dəyməz. Güman ki, 50% üzərində nəticələr ola bilər. Ən pis halda isə ikinci tura gedə bilərlər ki, burada da mövcud hökumət daha şanslı görünür".

Mehman
Xəbəri paylaş